Rəqəmsal dövrdə məlumatların qorunması hər bir təşkilat üçün həyati əhəmiyyət kəsb edir. Kibertəhlükəsizlik və məlumat qorunması anlayışları bir-birinə bağlı olsa da, fərqli məqsəd və yanaşmalara malikdir.

Kibertəhlükəsizlik sistem və şəbəkələri qorumağa yönəlirsə, məlumat qorunması məlumatların düzgünlüyünü və məxfiliyini təmin edir. Məxfilik isə hər ikisini birləşdirərək istifadəçi hüquqlarını qoruyur və qanuni tələblərə uyğunluğu təmin edir.
Əsas tədbirlər arasında multi-faktor identifikasiya, istifadəçi girişlərinin məhdudlaşdırılması, bot aşkarlama, sistem və şəbəkələrin davamlı monitorinqi və proqram yeniləmələri yer alır. Bu yanaşma məlumat sızmalarının qarşısını alır, müştəri etibarını qoruyur və maliyyə itkilərini azaldır.
Mənbə: DataDome
Tərcümə etdi: Arzu Qafarova
