Bu gün:

Yaddaşı gücləndirməyin sadə yolları


Harvard Tibb Məktəbinin mütəxəssisləri yaddaşı möhkəmləndirmək və öyrənilən bilikləri daha uzun müddət saxlamaq üçün bir sıra üsullar tövsiyə ediblər. Mütəxəssislərin fikrincə, tədris materiallarını nizamlı saxlamaq beynin informasiyanı daha effektiv idarə etməsinə kömək edir. 

Eyni zamanda, təkrar etmək biliklərin qalıcılaşması üçün vacib hesab olunur. Digər mühüm üsullardan biri isə öyrənilənləri başqasına izah etməkdir. Bu zaman tələbə həm öz anlayışını möhkəmləndirir, həm də informasiyanı daha asan yadda saxlayır. 

Harvard alimləri, həmçinin beynə müntəzəm meydan oxumağı – tapmaca həll etməyi, şahmat oynamağı, yeni bacarıqlar öyrənməyi yaddaş üçün faydalı hesab edirlər. Vizuallaşdırma da yaddaşı gücləndirən əsas amillərdəndir: anlayışları şəkil və ya simvol kimi təsəvvür etmək daha uzunmüddətli təsir yaradır. Mütəxəssislər tələbələrə telefon xatırlatmalarından istifadə etməyi, mövzuları kiçik hissələrə bölərək öyrənməyi və yaradıcı assosiasiyalar qurmağı da məsləhət görürlər. 

Alimlərin qənaətinə görə, bu sadə gündəlik vərdişlər tələbələrin həm yaddaşını möhkəmləndirə, həm də imtahanlarda daha inamlı və uğurlu çıxış etməsinə şərait yarada bilər. 

Mənbə: NDTV Education 

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et