Bir zamanlar moda jurnalları yox idi. Kuklalar insanlara bu gün nə geyindiklərini göstərə bilərdi. Daha doğrusu, danışmaq üçün deyil, göstərmək üçün. Xüsusi moda kuklalarının geyimləri, şlyapaları və aksesuarları, modanın təqlid olunmuş nümunəsi kimi xidmət edib. Bu “moda elçiləri”nin isə kifayət qədər uzun və maraqlı bir tarixi var.
Ən vacib sual bəlkə də budur: bu cür kuklalar nə vaxt meydana çıxıb? Bu suala dəqiq cavab vermək çətindir. Kukla fiqurları qədim dövrlərdən məlumdur və onlar həm dini əşyalar, həm də oyuncaqlar ola bilərdi. Avropada orta əsrlərdə kuklalardan İncildən səhnələri canlandırmaq üçün istifadə olunub və eyni zamanda dövrün modasına uyğun geyindiriblər – rəssamlar keçmiş qəhrəmanları təsvir edərkən də məhz bunu ediblər.
Ümumilikdə, bu cür sadə kuklalardan nümunə üçün xüsusi geyindirilmiş kuklalara keçmək çox da uzaq olmayıb. Böyük ehtimalla ilk “modaçı kuklalar” XIV əsrin əvvəlində ortaya çıxıb. Məlumdur ki, Fransa hökmdarları digər Avropa hökmdarlarına hədiyyə olaraq zəngin şəkildə geyindirilmiş taxta kuklalar göndərir və fransız sarayında hansı geyimlərin dəbdə olduğunu göstəriblər. Hətta belə bir qeyd var ki, kral VI Karlın saray dərzisi, kralın həyat yoldaşı Bavariyalı İzabellanın İngiltərə kraliçasına göndərdiyi kuklanın qarderobu üçün böyük məbləğ alıb.

XV əsrdə bu cür kuklalar daha da məşhurlaşıb və Renessans dövründə kostyumlar haqqında məlumat ötürməyin artıq adi bir yoluna çevrilib. Məsələn, VIII Henriyin üçüncü arvadı Ceyn Seymurun möhtəşəm geyimlər geyinmiş bir neçə kuklası olduğu məlumdur. Eləcə də, IV Henriyin həyat yoldaşı olmağa hazırlaşan Mariya Mediçi, geyimlərə xüsusi maraq göstərir və Fransada nələrin dəbdə olduğunu öyrənmək istəyib. Kral ona belə yazıb: “Sən kostyumlarımızın nümunəsini görmək istəyirsən, buna görə sənə bir neçə kukla göndərirəm.” (Navarr kraliçası Anna Henrix də vaxtilə bu cür kuklaları sifariş edib)
Əlbəttə ki, belə kuklalar oyuncaqlar deyildi – onların hazırlanmasına çəkilən zəhməti nəzərə alsaq, bu aydın olur. Lakin qız uşaqlarının kuklaları da çox zərif geyindirilib. Ola bilsin ki, bunlar müasir kolleksiya kuklaları ilə müqayisə edilə bilər. Müasir dövrün kuklaları kimi, o vaxtkı nümunələr də diqqətlə qorunur, bəzən xüsusi şkaflarda nümayiş etdirilib.

XVII əsrin ortalarından etibarən modanın mərkəzi Fransa olub – XIV Lüdovikin parıltılı sarayı hər kəs üçün ton müəyyənləşdirib. Fransanın özü, danteldən corablara, yelpiklərdən naxışlı ipəklərə qədər dəbdəbənin əsas ixracatçısına çevrilib. Hər kəs bilmək istəyirdi – orada, bu moda paytaxtında insanlar necə geyinirlər? Buna görə də moda kuklaları artıq mütəmadi olaraq sifariş edilirdi və bunu təkcə kraliyyət sarayları deyil, həm də aristokratlar edib. Parisdən gələn zəngin bəzədilmiş bir kukla, ən son dəb tendensiyalarından xəbərdar olmağın ən yaxşı yolu olub.
XVII əsrin sonuna yaxın bu kuklalar hətta xüsusi ad da aldılar – “Pandora”. Onlar, sözün əsl mənasında, Paris modasının canlı nümayəndələri olub. Hər bir yeni mövsüm üçün bir neçə kukla hazırlanırdı və onların geyimləri, aksesuarları ən son fransız dəbinin nümunəsi olurdu. Geyim tərzini öyrənmək üçün onları diqqətlə araşdırır, parçaları, bəzəkləri və kəsim formalarını nüsxələyiblər.

XVIII əsrdə moda kuklaları artıq Avropanın hər yerində geniş yayılıb. Onların köməyi ilə dərzilər və zadəgan xanımlar Fransadakı yenilikləri öyrəniblər. Qeyd olunur ki, Parisdən çıxan bir kuklanı London, Vyana, Madrid və ya Sankt-Peterburqda görmək olardı. Onlar yalnız varlı aristokratların deyil, həm də böyük şəhərlərdə yaşayan zəngin tacirlərin ailələrində də rast gəlinirdi. Bu kuklalar sanki fransız dəbinin “səyyar nümayəndələri” olub.
Lakin zamanla yeni bir rəqib ortaya çıxıb – moda jurnalları. XVIII əsrin sonlarında və xüsusilə XIX əsrin əvvəlində illüstrasiyalı jurnallar sürətlə populyarlaşıb. Onlar daha ucuz olub və geniş kütləyə çatıb. Artıq hər kəs Parisdən kukla sifariş edə bilmirdi, amma moda jurnalı almaq çox daha asan idi. Bununla belə, uzun müddət kuklalar da mövqelərini qoruyub saxlayıblar. Çünki onların üstünlüyü vardı: kuklanı hər tərəfdən araşdırmaq, parçasını və tikilişini görmək mümkün idi, halbuki jurnalda yalnız şəkil verilirdi.
XIX əsrin ortalarında isə dəbə dair jurnallar tamamilə üstünlük qazanıb. Moda kuklaları tədricən sıradan çıxıb və yalnız zəngin kolleksionerlərin maraq dairəsində qalıb. Amma onların rolu tarixi baxımdan çox mühümdür: bu kuklalar sayəsində Avropanın hər küncündəki insanlar Parisin son dəbini öyrənir, fransız sarayının parıltısını yaxından hiss edə bilirdilər.
Bugünkü kolleksiya kuklaları bir çox mənada həmin ənənənin davamıdır. Zərif geyimlər geyindirilmiş, xüsusi hazırlanmış bu müasir kuklalar da vaxtilə “moda elçiləri”nin gördüyü işi xatırladır. Sadəcə fərq ondadır ki, indi onlar real dəb nümunəsi göstərmək üçün deyil, daha çox gözəllik və sənət dəyəri üçün yaradılır.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
