Bu gün:

Hatuey ispanların ‘cənnət’ təklifini rədd edib


Konkistadorlar Taino xalqının başçısı Hatueyi edam etməzdən əvvəl ona xristianlığı qəbul etmək istəyib-istəmədiyini soruşurlar. Onlar deyirdilər ki, əgər o, iman gətirsə, ölümündən sonra cənnətə gedəcək.

Bunun üzərinə Hatuey ispanlara sual verir: “Bəs siz də cənnətə gedirsinizmi?” Onlar “bəli” cavabı verəndə, Hatuey düşünmədən bildirir ki, əgər ispanlar da həmin yerə gedəcəksə, onda ora getmək istəmir və belə bir “cənnətdə” olmaq əvəzinə cəhənnəmə düşməyin daha yaxşı olduğunu deyir.

Bu sözləri ilə o, ispanların qəddarlığına və onların təklif etdiyi dəyərlərin saxtalığına etiraz etmiş olur. Hatuey bu möhkəm iradəsi və müstəmləkəçilərə qarşı mübarizəsi ilə tarixə düşüb. O, “Kubanın ilk milli qəhrəmanı” və ispan işğalçılarına qarşı çıxan ilk döyüşçülərdən biri hesab olunur.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et