Bu gün mətbəxlərin əsas məhsullarından biri olan pomidor XVI–XVII əsrlərdə Avropada təhlükəli hesab edilib. Bir çox insanlar onun zəhərli olduğuna inanır, hətta aristokratların ölümü ilə əlaqələndirilib.

Pomidor Cənubi Amerikadan Avropaya gətirildikdə badımcangillərin zəhərli növləri ilə eyni fəsiləyə daxil edilib. Yarpaqlarının həqiqətən zəhərli olması bu təsəvvürü gücləndirib. Əslində isə ölüm səbəbi pomidor deyil, aristokratların istifadə etdiyi qurğuşunlu qab-qacaq idi. Pomidorun turşuluğu qurğuşunu yeməyə keçirdir, bu da zəhərlənməyə yol açıb.
1597-ci ildə ingilis botaniki Con Gerard pomidorun yeyilməməli olduğunu yazıb, bu yanlış fikir isə Britaniya və Şimali Amerikada əsrlərlə davam edib. Meyvənin zəhərli gözəlavratotu ilə oxşarlığı və tarlalarda rast gəlinən hornworm tırtılı da qorxuları artırıb.
XIX əsrdə kənd təsərrüfatı cəmiyyətlərinin təşəbbüsü və yeni reseptlər sayəsində pomidor nüfuz qazanıb. 1897-ci ildə konservləşdirilən pomidor şorbasının satışa çıxarılması isə bu məhsulu dünya miqyasında populyarlaşıb.
Bu gün ildə təqribən 180 milyon ton pomidor istehsal olunur və bir zamanlar “zəhərli alma” sayılan bu meyvə artıq süfrələrin ayrılmaz hissəsidir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
