Bu gün:

Powerbeats Fit təqdim edilib


“Apple”ın beats markası simsiz qulaqlıq ailəsinə yeni model əlavə etməyə hazırlaşır. Powerbeats fit kimi təqdim edilməsi gözlənilən bu yeni model, xüsusilə aktiv həyat tərzi keçirən idmançılar və istifadəçilər üçün maraqlı olacaq xüsusiyyətlər təqdim edəcək. Daha uzun batareya ömrü, daha kiçik doldurma qutusu və yeni rəng seçimləri ilə powerbeats fit beats fit “pro”nu əvəz etməyə hazır görünür.


Yeni nəsil powerbeats fit kompakt dizaynı ilə həm gündəlik istifadə, həm də idman fəaliyyətləri üçün rahatlıq təqdim edəcək. Qulaqlıqlar boz, qara və çəhrayı rənglərdə olacaq. Bundan əlavə, “apple”ın yaxınlaşan iphone 17 pro modeli ilə uyğun gələn parlaq narıncı rəng seçimi bu ilin sonunda təqdim ediləcək. Bu, qulaqlıqları təkcə texniki baxımdan deyil, həm də estetik baxımdan fərqləndirir.

Doldurma qutusu beats fit “pro”dan 17% kiçik olacaq və bu, həm daha asan daşınma, həm də daha erqonomik uyğunluq təmin edəcək.


Powerbeats fit idmançılar üçün vacib olan ipx4 sertifikatına malikdir. Bu o deməkdir ki, qulaqlıqlar həm suya, həm də tərə davamlıdır. Xüsusilə məşq zamanı, ağır tərləmə və ya yağışlı havalarda təhlükəsiz şəkildə istifadə edilə bilər.


Qulaqlıqların ən güclü tərəflərindən biri onların uzun batareya ömrüdür. Powerbeats fit tək şarjla 7 saat fasiləsiz istifadə təklif edir. Doldurma qutusu ilə birlikdə 30 saatlıq batareyanın ömrünü təmin edir. Qulaqlıqlar həmçinin usb-c vasitəsilə doldurulur və dörd fərqli qulaq ucu ilə gəlir. Bu, hər qulağa rahat oturmağı təmin edir.


“Apple”ın h1 çipi ilə təchiz edilmiş powerbeats fit qabaqcıl audio texnologiyaları təklif edir. Aktiv səs-küyün ləğvi (anc) xarici səs-küyü minimuma endirir. Şəffaflıq rejimi ətrafdakı səsləri eşitməyə imkan verir. Adaptiv ekvalayzer funksiyası qulağın formasına əsasən səsi avtomatik optimallaşdırır.


Bu xüsusiyyətlər sayəsində istifadəçilər idman edərkən və ya musiqi dinləyərkən yüksək keyfiyyətli, fərdiləşdirilmiş səs təcrübəsindən həzz alacaqlar.


Yeni modelin sələfi beats fit pro ilə eyni qiymət aralığında satışa çıxarılacağı gözlənilir. Beats fit pro hazırda türkiyədə apple store mağazasında 10.499 tl qiymət etiketi ilə satılır. Powerbeats fit-in oxşar qiymət aralığında satışa çıxarılacağı gözlənilir.


“Beats”in yeni qulaqlıqları powerbeats fit həm idmançıları, həm də gündəlik istifadəçiləri cəlb edən xüsusiyyətləri ilə seçilir. Daha kiçik doldurma qutusu, uzun batareya ömrü, su və tərə davamlılığı ilə bu qulaqlıqlar bazarda güclü alternativ olacağını vəd edir. Apple ekosistemi ilə inteqrasiya edən h1 çipi onları iphone, ipad və mac istifadəçiləri üçün cəlbedici seçim edəcək.


Tərcümə etdi: Səidə Əsədli

Mənbə: Fikrimucit

Paylaş
Şərh əlavə et