Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava məkanını pozmasına münasibət bildirərək “uyğun cavab” verilməli olduğunu vurğulayıb:
“Ortaq hava hücumundan müdafiə sistemi üzərində işləməli və Avropa üzərində təsirli bir hava qalxanı qurmalıyıq”.
Zelenski Telegram hesabında yayımladığı açıqlamada Polşa Baş naziri Donald Tusk, NATO Baş katibi Mark Rutte, İtaliya Baş naziri Corciya Meloni və Böyük Britaniya Baş naziri Keyr Starmer ilə telefon danışığı apardığını bildirib.
Görüş zamanı Rusiyaya aid PUA-ların Polşanın hava məkanını pozması məsələsinin müzakirə edildiyini deyən Zelenski əlavə edib:
“Hamımız anlayırıq ki, bu, Rusiyanın tamamilə fərqli səviyyədə eskalasiyasıdır. Uygun bir cavab verilməlidir”.
Zelenski həmçinin Rusiyanın “Şahed” tipli PUA-larının qalıqlarının Polşanın bəzi yaşayış məntəqələrində aşkarlandığını qeyd edib.
Rusiyanın bu addımını “açıq-aşkar meydan oxumaq” kimi qiymətləndirən Zelenski bir daha çağırış edib:
“Ortaq hava hücumundan müdafiə sistemi üzərində işləməli və Avropa üzərində təsirli bir hava qalxanı qurmalıyıq”.
Polşa isə Rusiyadan Ukraynadakı hədəflərə edilən hücumlar zamanı hava məkanını dəfələrlə pozan bəzi PUA-ları vurduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi isə bəyanatında, “Ukraynada yerləşən obyektlərə qarşı həyata keçirilən kütləvi hücumlar çərçivəsində Polşa ərazisindəki obyektlər hədəf alınmayıb” deyə bildirib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
