Bu gün:

Stephan King-in ən qaranlıq yürüyüşü


Stephen King "The Long Walk" əsərini tələbəlik illərində yazsa da, əsər yalnız 1979-cu ildə çap olunub. Əsərdə yüz yeniyetmə oğlan lotereya yolu ilə seçilir və sonu olmayan bir yürüşə başlayır.

Onlar müəyyən sürəti saxlamaq məcburiyyətindədirlər, əks halda xəbərdarlıq alır və üçüncü xəbərdarlıqdan sonra öldürülürlər. Yalnız axırda qalan iştirakçı qalib sayılır və istədiyi mükafatı seçə bilir. Roman çox qaranlıq və zorakı olsa da, eyni zamanda dostluq, dəstək və qardaşlıq mövzularını da ön plana çıxarır.

King bu əsəri öz adı ilə deyil, Richard Bachman təxəllüsü ilə nəşr etdirib. Bununla o, uğurunun sadəcə məşhurluqla bağlı olub-olmadığını yoxlamaq istəyib. The Long Walk sonralar Battle Royale "The Hunger Games" və "Squid Game" kimi məşhur əsərlərə ilham verən ilk “ölümcül oyun” hekayələrindən biri olub. Əsərdə kasıblıqdan çıxış yolu tapmayan gənclərin məcburən bu yarışa qatılması göstərilir və bu, müasir dövrdə də insanların yaşadığı maliyyə çətinlikləri ilə səsləşir. Həm də realiti-şou mədəniyyəti və insanların başqalarının əzabına tamaşa etməsi kimi mövzular romanı hələ də aktual saxlayır.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et