Polşa Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan Rusiya istehsalı pilotsuz uçuş aparatlarını (PUA) məhv edib.
Polşa Prezidenti Donald Tusk hadisəni “aqressiya aktı” adlandıraraq bildirib ki, dövlətin təhlükəsizliyi üçün bütün zəruri addımlar atılacaq. Prezident vurğulayıb ki, məsələ ilə bağlı NATO müttəfiqləri ilə təcili müzakirələr aparılır.
Ukrayna Prezidenti Volodimir Zelenski də açıqlama verərək hadisənin Avropa üçün ciddi təhlükə siqnalı olduğunu qeyd edib. Onun sözlərinə görə, Rusiya tərəfindən həyata keçirilən bu cür hücumlar yalnız Ukraynaya deyil, bütövlükdə regiona təhdid yaradır.
Mütəxəssislər hesab edirlər ki, hadisə NATO-Rusiya münasibətlərində gərginliyi daha da artıra bilər.
Mənbə: The Guardin
Tərcümə etdi: İlhamə Nurəhmədova
