Bu gün:

Volkswagen-in Braziliyadakı qul əməyi qandalı nədir?


Volkswagen-in Braziliyadakı törəmə şirkəti işçiləri qul şəraitində saxlamaqda günahkar bilinib.

Avtomobil istehsalçısı bu ölkədə maşın istehsalı ilə deyil, əsasən əkinçilik və maldarlıqla məşğul olub. Rəsmi olaraq fəhlələr üçün məktəb, xəstəxana və istirahət guşələri olan şəhərcik salındığı bildirilsə də, əslində işçilər kiçik kəndlərdən gətirilir və ağır şəraitə məruz qalıb. 

Onlar tarlalara aparılır, öz daxmalarını tikməyə məcbur edilib. İçməli su isə ağcaqanadlarla dolu köhnə quyulardan gəlib, bu səbəbdən də malyariya sürətlə yayılıb. İşçilərin istirahət günləri olmayıb, yəni bazar günləri də işləməli olublar. 

İşdən çıxmaq istəyənlər silahlı mühafizəçilərlə qarşılaşıb. Həmin mühafizəçilər heyvanları insanlardan daha çox qoruyur, fəhlələri hədə-qorxu və zorakılıqla itaətə məcbur edib.

İşçilər hətta oraqların, çəkmələrin və alətlərin pulunu ödəməli olub. Beləliklə, maaş almaq əvəzinə borc yığılıb. Borcunu ödəyə bilməyənlər isə ya zorakılığa məruz qalır, ya da pulsuz işləməyə məcbur edilib. Qaçan fəhlələrin ailələrinə təhdidlər edilir, çox vaxt silahlı adamlar kəndlərə göndərilərək onları geri qaytarıb. 

Volkswagen baş verənlərdən xəbərsiz olduğunu iddia edir və məsuliyyəti yerli podratçıların üzərinə atır. Lakin jurnalist araşdırmaları şirkətin hər şeydən xəbərdar olduğunu sübut edib çünki fermaya giriş-çıxış Volkswagen-in nəzarətində olub və ödənişlər yalnız işçilərdən biri işi təsdiqlədikdən sonra həyata keçirilib. 

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et