Bu gün:

Ferdinand Maksimilianın Meksikada qısa hakimiyyət dövrü


Habsburq sülaləsindən olan Ferdinand Maksimilian 1864–1867-ci illərdə Meksikanın imperatoru olub. O, İmperator III Napoleonun təşkil etdiyi İngiltərə–Fransa–İspaniya müdaxiləsi nəticəsində taxta çıxıb.

Maksimilian liberal islahatlar aparmaq istəsə də, xalq arasında dəstək qazana bilməyib və prezident Benito Xuaresin rəhbərlik etdiyi respublikaçılarla mübarizə aparıb.

Müharibəni uduzduqdan sonra onun Avropaya qayıtması planlaşdırılsa da, Maksimilian bu planı qəbul etməyib. O, xüsusən də saqqalını qırxmaq və xarici görünüşünü dəyişmək istəmədiyi üçün bundan imtina edib.

Nəticədə, 1867-ci ildə Ferdinand edam edilib.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et