Bu gün:

Antik dövrlərdə duz niyə qızıl dəyərində idi?


Qədim zamanlarda duz tapmaq o qədər çətin idi ki, bir uns duzla bir uns qızılı dəyişmək mümkün olub. Antik Romada əsgərlərin maaşlarının bir hissəsi duzla ödənilir, bu praktika sonradan “salary” sözünün yaranmasına səbəb olub.

Duz həm qidaların dadlandırılması, həm də uzun müddət saxlanması üçün zəruri idi. Qədim Çində tibbi məqsədlərlə, Romada isə antiseptik kimi istifadə olunurdu. Orta əsrlərdə isə süfrədə duza yaxın oturmaq yüksək status sayılıb.

Fransa və Böyük Britaniya kimi ölkələrdə duz ciddi vergiyə cəlb olunub, bu da narazılıqlara səbəb olub. Hətta Fransız İnqilabının səbəblərindən biri duz vergisi idi. VI əsrdən etibarən Afrikada qızıl və duz bərabər dəyərdə mübadilə edilirdi.

Zamanla istehsal artıb və duz əvvəlki strateji əhəmiyyətini itirib. Bu gün illik qlobal hasilat yüz milyonlarla tona çatır. Lakin duz yenə də gündəlik həyatda – xüsusən də yol təhlükəsizliyi və ərzaq sənayesində – mühüm rol oynamaqda davam edir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et