Bu gün:

Azərbaycan millisində yeni dönəm: Fernando Santosla yollar ayrıldı


Azərbaycan milli futbol komandası baş məşqçisi Fernando Santosla əməkdaşlığa son qoyulub. Bu qərar 2026 Dünya Çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçirilən oyunda alınan 5:0 hesablı məğlubiyyətdən sonra verilib.

AFFA-nın məlumatına görə, tərəflər müqaviləyə “qarşılıqlı razılaşma” əsasında xitam veriblər. Portuqaliyalı mütəxəssis 2024-cü ilin iyununda milli komandanın sükanı arxasına gətirilmişdi. Onun rəhbərliyi altında Azərbaycan 11 oyunda meydana çıxıb, lakin qələbə qazana bilməyib və yalnız iki dəfə heç-heçə ilə kifayətlənib.
Hazırda əsas milliyə müvəqqəti olaraq U-21 yığmamızın baş məşqçisi Ayxan Abbasov rəhbərlik edəcək. O, komandanı növbəti oyun – Ukraynaya qarşı keçiriləcək görüşə hazırlayacaq.
Santosun gedişi Azərbaycan futbolu üçün dönüş nöqtəsi ola bilər. İdman ictimaiyyəti yeni baş məşqçinin kim olacağı və millinin qarşıdakı oyunlarda hansı nəticə göstərəcəyi ilə maraqlanır.

Hazırladı: Gülay Bədirli 

Paylaş
Şərh əlavə et