Bu gün:

Cənab Darsi: Romantik qəhraman yoxsa qəddar bir kişi?


Ceyn Ostinin "Qürur və Qərəz" romanı 1813-cü ildə çap olunub və onun ən məşhur əsəridir. Əsərdəki yumor, xarakterlər və canlılıq oxucuları iki əsrdir heyran edir.

Məqalədə yazıçı Sebastian Folks deyir ki, oxucular çox vaxt cənab Darsini səhv başa düşürlər. Onu romantik qəhrəman kimi görürlər, amma əslində o, çox vaxt soyuq, qürurlu və hətta qəddar biridir. Darsi ilk evlilik təklifində Elizabetə deyir: “Sənin ailən çox aşağıdır, mənim üçün utancvericidir”. Bu, onun kobudluğunu göstərir. Buna baxmayaraq, roman Darsinin bir "ağıllı və zarafatcıl qız"  Elizabet tərəfindən dəyişdirilə biləcəyini göstərir.

Folks yazır ki, Darcinin davranışlarını melanxoliya (depressiya) ilə izah etmək olar. O, tez-tez səssiz qalır, insanlarla ünsiyyətdə çətinlik çəkir və yalnız Binqli kimi dostlara güvənir. Əsərdə sual yaranır: Elizabet həqiqətən Darsini sevir, yoxsa sadəcə praktiki səbəblərə görə onunla evlənir? O, həm Darsinin var-dövlətinə, həm də özünün sosial status qazanmaq istəyinə görə təsirlənə bilər. Darsi isə Elizabetdən həyat enerjisi alır.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et