Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına istinadən, 24media.az bildirir ki, Sentyabrın 8-də Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə “FIFA Arena” layihəsi çərçivəsində inşa olunan futbol meydançasının açılışı keçirilib.

Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, AFFA prezidenti Rövşən Nəcəf, Ukrayna Futbol Assosiasiyasının prezidenti, məşhur futbolçu Andriy Şevçenko, həmçinin futbol ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, belə layihələr məktəblilərin sağlam böyüməsinə, idman mədəniyyətinin formalaşmasına və futbolun kütləviləşməsinə mühüm töhfə verir. Tədbir zamanı FIFA prezidenti Canni İnfantinonun layihənin uğurlu icrasına dair videomüraciəti də nümayiş olunub.
Qeyd edək ki, AFFA-nın təşəbbüsü ilə “FIFA Arena” layihəsi çərçivəsində iki məktəbdə – 138 və 247 nömrəli tam orta məktəblərdə futbol meydançaları inşa edilib. Layihədən birbaşa 6 mindən çox şagird yararlanacaq.
Rəna Qarayeva
