Bu gün:

YouTube premium şifrə paylaşımını bitirir


Rəqəmsal yayım platformalarında uzun müddətdir müzakirə olunan parol paylaşımı mövzusu indi də YouTube Premium üçün gündəmdədir. Netflix və Disney+ kimi nəhənglərin ardınca, YouTube da bu məsələdə daha sərt addımlar atmağa hazırlaşır.


YouTube Premium ailə planı artıq yalnız eyni evdə yaşayan ailə üzvləri üçün keçərli olacaq.


YouTube artıq qaydanı pozan istifadəçilərə xəbərdarlıq məktubları göndərməyə başlayıb. Şirkət bildirir ki, hesab məlumatlarını eyni ailədən olmayan şəxslərlə paylaşanların Premium abunəliyi ləğv edilə bilər.


Bu test hazırda yalnız ABŞ-dəki məhdud istifadəçilərə tətbiq olunur, lakin yaxın vaxtlarda qlobal miqyasda genişlənəcəyi gözlənilir.


Netflix parol paylaşımını qadağan etdikdə istifadəçilərin reaksiyası böyük olsa da, nəticədə abunəçi sayı artıb. “YouTube”un da oxşar nəticəyə ümid etdiyi bildirilir. Şirkət bu addımı gəliri artırmaq və icazəsiz istifadənin qarşısını almaq üçün atır.


Yeni qaydanın Türkiyədə tətbiq ediləcəyi tarix hələ açıqlanmayıb. Lakin “YouTube”un qlobal fəaliyyəti nəzərə alınaraq, bu məhdudiyyətin Türkiyə də daxil olmaqla bir çox ölkəyə yayılması gözlənilir.


İstifadəçilərin seçimləri ailə planını yalnız eyni evdə yaşayanlarla paylaşmaq və ya fərdi abunəliyə keçmək olacaq.


Bu qərar xüsusilə müxtəlif şəhərlərdə yaşayan ailə üzvləri üçün çətinlik yarada bilər və artıq bir çox istifadəçidə narahatlıq doğurub.



Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et