Bu gün:

"Lady Chatterley" davası: Qadağadan rekorda


 “Lady Chatterley’s Lover” romanı D.H. Lourens tərəfindən yazılıb və uzun illər “ədəbsiz və əxlaqsız” hesab olunduğu üçün İngiltərədə qadağan edilib.

 1960-cı ildə Penguin Books bu qadağanı sınağa çəkmək üçün kitabı tam, senzurasız çap etmək qərarına gəlib. Nəticədə məhkəmə prosesi başlanıb. Prokurorlar kitabı “pornoqrafiya” adlandırıb, hakim isə ucuz qiymətə satılmasının “hamıya əlçatan olacağını” deyib. Müdafiə tərəfi isə kitabın ədəbi dəyəri olduğunu və əslində, əxlaqi bir əsər olduğunu vurğulayıb.

Altı gün davam edən məhkəmədən sonra münsiflər heyəti Penguin-i günahsız elan edib. Bu qərar həm senzuranın zəifləməsinə, həm də ictimaiyyətin dəyişən baxışlarına işarə idi. Məhkəmədən dərhal sonra kitab satışa çıxarılıb və bir gündə 200.000 nüsxə satılıb. Üç ayda isə 3 milyon nüsxə satılıb. İnsanlar bəzən kitabı istəməyə utanır, sadəcə “Lady C” deyirlər.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova 

Paylaş
Şərh əlavə et