Dünyada mövcud olan 195 ölkənin heç birinin bayrağında bənövşəyi rəngdən istifadə edilmir. Bunun əsas səbəbi tarixi dövrlərdə bənövşəyi rəngin son dərəcə bahalı və əlçatmaz olmasıdır.

Bənövşəyi piqment ilk dəfə Finikiyalılar tərəfindən Aralıq dənizi sahillərindəki dəniz ilbizlərindən əldə edilib. Bir qram boya üçün on minlərlə ilbiz lazım olub. Bu səbəbdən bənövşəyi qızıldan da bahalı sayılır, yalnız krallar və imperatorlar tərəfindən istifadə edilib. Məsələn, İngiltərə kraliçası I Yelizaveta (1533–1603) dövründə sadəcə kral ailəsinə bənövşəyi geyinməyə icazə verilib. Hətta həmin vaxt yarım kiloqram bənövşəyi boyanın qiyməti 1,5 kiloqram qızıla bərabər idi.
19-cu əsrə qədər bahalı lüks olaraq qalan bənövşəyi rəngin taleyini İngilis kimyaçısı William Henry Perkin dəyişib. O, malyariya dərmanı üzərində işləyərkən təsadüfən sintetik bənövşəyi piqment kəşf edib və kütləvi istehsala başlayıb. Bununla rəng daha əlçatan olub, lakin artıq çox ölkə öz bayraqlarını müəyyənləşdirib və rənglər dəyişməz qalıb. Bu gün bənövşəyi gündəlik həyatımızda geniş istifadə olunsa da, tarixdəki astronomik dəyərinə görə bayraqlarda yer almayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Asiya Zeynallı
