Bu gün:

Makedoniyalı İskəndərin Sidon fəthi


Eramızdan əvvəl 333-cü ildə Makedoniyalı İskəndər Finikiya şəhəri Sidonu ələ keçirib. Şəhər sakinləri vəziyyətin ciddiliyini anlayaraq padşahlarını deviriblər, qapıları açıblar və şəhəri döyüş olmadan təslim ediblər.

Cavab olaraq İskəndər onlara yeni hökmdarı seçmək imkanı verib. Beləliklə, şəhər əhalisi nəcib, lakin kasıb olan Abdalonimi seçib. Abdalonim müdrikliyi ilə tanınıb və şəhər sakinləri onu bu səbəbdən seçib. 

İskəndər isə Abdalonimi məclisdə görüb çox sevinib və ona yalnız şəhəri deyil, ətraf əraziləri də idarə etmək səlahiyyəti verib. 

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et