Bu gün:

Yüksəklikdən düşdükdə həyatımızı itirmə ehtimalımız nə qədərdir?


[spoiler][/spoiler]Bəzi zamanlarda çox yüksəkdən yıxılıb sağ qalmaq hallarına rast gəlinib. Məsələn, 2023-cü ildə Böyük Kanyonun şimal hissəsində 13 yaşlı bir uşaq 30 metr hündürlükdən yıxılsa da, möcüzəvi şəkildə sağ qalıb. 1970-ci illərdə isə təyyarə bələdçisi Vesna Vuloviç paraşütsüz olaraq 10 min metrdən yıxılmış və həyatda qalmağı bacarıb.

Burada əsas məsələ yalnız neçə metr yüksəklikdən yıxılma deyil, həm də necə yıxıldığınız və hansı səthə düşdüyünüzdür. Ən təhlükəli vəziyyət baş üstə yerə düşməkdir. Ayaqlar üstə düşmək həyatda qalma şansını nisbətən artıra bilər, amma bu da başqa amillərdən asılıdır. Həmçinin, düşülən səthin növü də həyati əhəmiyyət daşıyır: yumşaq torpaq və ya otlu sahələrdə sağ qalmaq ehtimalı daha yüksəkdir, beton kimi bərk səthlərdə isə ölüm riski qat-qat artır.

Mütəxəssislərin araşdırmalarına görə: 15 metr (təxminən 4 mərtəbə) yüksəklikdən yıxılan şəxsin sağ qalma ehtimalı 50%-dir. Amma qaraciyər, dalaq, ağciyər zədələnmələri və qabırğa sınıqları qaçılmaz ola bilər. 18 metrdən yuxarı yıxılmaların böyük əksəriyyəti ölümcül olur. 24 metrdən çox yüksəklikdən yıxılıb sağ qalmaq isə artıq möcüzə sayılır və cəmi 10% yaşamaq ehtimalı qalır.

Nəticə olaraq, istisna hallar mövcud olsa da, statistika göstərir ki, 18 metrdən yuxarı yıxılmaların çoxu ölümlə nəticələnir.


Mənbə: Live science

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et