İqtisadiyyat Nazirliyindən əldə olunmuş məlumata görə, 24media.az xəbər verir ki, nazirin birinci müavini Elnur Əliyev Uruqvaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Müzakirələrdə bərpa olunan enerji, yaşıl texnologiyalar, infrastruktur, nəqliyyat, sənaye və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Həmçinin SOCAR ilə Uruqvayın ANCAP şirkəti arasında enerji sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları dəyərləndirilib.
Arzu Qafarova
