Bu gün:

İtaliya-Türkiyə voleybol finalı İtaliya mediasında


İtaliya final oyununda Türkiyəni 3-2 hesabı ilə məğlub edərək Qadınlar üzrə Dünya Voleybol Çempionatının qalibi olub və sonuncu dəfə 23 il əvvəl qazandığı bu kuboku yenidən qaldırıb.

İtaliya mətbuatı və şərhçiləri bildirirlər ki, Türkiyə ilə oyun çox çətin keçib və "ürək döyüntüsünə" səbəb olacaq dərəcədə həyəcanlı olub.

Oyunu canlı yayımlayan dövlət kanalı Rai 1-də şərhçilər "Demək olar ki, bacarmayacaqdıq", "Türklər heç kimin, hətta bəlkə özlərinin də bilmədiyi bir tərəflərini ortaya çıxardılar", "Çox çətin, mürəkkəb bir oyun oldu" kimi fikirləri bölüşüblər.


Mənbə: BBC News

 Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et