Bu gün:

Ukrayna Baş naziri: “Müharibədə bir ilk”


Bu səhər Ukraynanın paytaxtı Kiyev Rusiyanın hücumlarının hədəfi olub. Paytaxtın Peçerski rayonundakı dövlət binası pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində alovlanıb. Kiyev meri Vitali Kliçko 3 nəfərin həlak olduğunu, 11 nəfərin isə yaralandığını açıqlayıb. Hücum xəbəri paytaxtın hərbi idarə rəisi Timur Tkaşenko da təsdiqləyib. Ölkə üzrə hava hücumu siqnalları səslənib, yanğınsöndürənlər binadakı alovlara müdaxilə ediblər. Rəsmi məlumatlara görə, səhər tezdən həyata keçirilən PUA hücumları həm qərbdə, həm də şərqdə hündürmərtəbəli binaları hədəf alıb.

Kiyev meri Kliçko bildirib ki, hücum nəticəsində 3 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb. Fövqəladə Hallar Xidməti çoxsaylı hündür binaların ziyan gördüyünü açıqlayıb.

Ukraynanın Baş naziri Yuliya Sviridenko hadisənin əhəmiyyətini vurğulayaraq deyib:

“Müharibə ərzində ilk dəfə olaraq Ukrayna hökumətinin əsas binası düşmən hücumu ilə zərər görüb”.

Baş nazir əlavə edib ki, yanğınsöndürənlər hazırda binadakı alovu nəzarət altına almağa çalışırlar.

Ölkənin müxtəlif bölgələri də hücuma məruz qalıb 

Yalnız Kiyev deyil, Ukraynanın digər bölgələri də hücumlardan təsirlənib. Cənub-şərqdə yerləşən Sumi vilayətinin hərbi qubernatoru Oleq Qriqorov Putivil qəsəbəsinə edilən hücumda 1 nəfərin öldüyünü, aralarında 9 yaşlı uşağın da olduğu çox sayda insanın yaralandığını bildirib.

Digər bir hücum isə Zaporojye şəhərinə yönəlib. Bölgənin hərbi administrasiya rəhbəri İvan Fedorov bu hücum nəticəsində ən azı 15 nəfərin yaralandığını açıqlayıb.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et