Bu gün:

Müqəddəs məkan dəbdəbəli kurorta çevrilir


İllərdir ziyarətçilər Bədəvi bələdçilərlə Sinay dağının zirvəsinə qalxaraq səmada günəşin doğuşunu izləyir və ya digər Bədəvi rəhbərliyində gəzintilərə çıxırdılar.İndi isə Yəhudilər, Xristianlar və Müsəlmanlar üçün müqəddəs sayılan Misirin ən önəmli məkanlarından biri - Sinay dağı - yeni bir turizm mega-layihəsinə çevrilməsi planlarına görə mübahisələrin mərkəzindədir.

Yerli dildə Cəbəl Musa adlanan Sinay dağı Musaya On Əmrin verildiyi yer kimi qəbul olunur. Həmçinin bir çoxları hesab edir ki, Bibliya və Qurana görə, Tanrı peyğəmbərlə yanan koldan burada danışıb.

VI əsrə aid, Yunan Pravoslav Kilsəsinin idarə etdiyi Müqəddəs Ketrin monastırı da burada yerləşir. Görünür, yunanların təzyiqi nəticəsində Misir hökumətinin monastırı bağlamaq istəmədiyi açıqlanıb və rahiblər orada qalacaqlar.

Lakin uzun illərdir təcrid olunmuş, səhrada yerləşən bu UNESCO Dünya İrs Siyahısına daxil məkanın (monastır, şəhər və dağdan ibarət) necə dəyişdirildiyi barədə ciddi narahatlıqlar var. Burada dəbdəbəli otellər, villalar və alış-veriş bazarları inşa edilir.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et