Bu gün:

Corc Vaşinqtonun diş protezləri haqqında maraqlı faktlar


ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun diş protezləri ilə bağlı diqqətçəkən tarixi məlumatlar mövcuddur.

Məlumata görə, Vaşinqton hələ 20 yaşında ikən diş problemlərindən əziyyət çəkməyə başlayıb. Zaman keçdikcə vəziyyəti daha da pisləşib və 57 yaşına çatanda onun ağzında yalnız bir təbii diş qalıb.

Bu səbəbdən, həkimlər ona xüsusi protezlər hazırlayıb. Diş həkimi begemot dişindən protez dəsti düzəldərək onları qızıl məftil və latun vintlərlə möhkəmləndirib.

Tarixçilərin iddiasına görə, Vaşinqtonun istifadə etdiyi bəzi protezlərdə qullardan çıxarılan dişlər də olub. Bu fakt uzun illərdir həm tədqiqatçılar, həm də ictimaiyyət arasında geniş müzakirə olunur.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et