Hindistanda Parsilərə aid ən tanınan jurnallardan biri olan Parsiana 60 ildən sonra bağlanır.
Jurnal 1964-cü ildə Pestonji Varden adlı həkim tərəfindən yaradılıb. O vaxtdan Parsiana Parsi icmasının həyatı, problemləri və uğurlarını işıqlandırırdı və dünya üzrə Parsiləri birləşdirib. 1973-cü ildən jurnalist Cahangir Patel jurnalı idarə edib. O, jurnalı sadə esse toplusundan çıxarıb xəbər, araşdırma, cəsarətli yazılar və karikaturalarla zəngin bir mətbuata çevrilib.
Parsiana hətta interfaith (fərqli dinlərdən) evlilik elanları verən ilk Parsi jurnalı olub və bu, icmada mübahisə yaradıb. Amma son illərdə abunəçilərin azalması, maliyyə çatışmazlığı və işə davam edəcək varisin olmaması səbəbindən jurnal bu ilin oktyabrında bağlanacaq. Oxucular bunu “bir dövrün sonu” adlandırır, çünki jurnal həm məlumat mənbəyi, həm də Parsiləri dünyada birləşdirən bir körpü idi. Patel və onun yaşlı komandası son nömrələrdə jurnalın uzun tarixini yad edəcək.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
