Trendyol Super Liqa komandalarından Çaykur Rizespor hazırlıq oyununda qonaq etdiyi Gürcüstan təmsilçisi Dinamo Batumini 3-1 hesabı ilə məğlub edib.
Mehmet Cengiz Tesisləridə keçirilən oyunun 4-cü dəqiqəsində Lainenin qolu ilə hesabı açan Çaykur Rizespor 44-cü dəqiqədə qonaq komandadan Ghaithin qoluna mane ola bilməyib və ilk yarı 1-1 bərabərliklə yekunlaşıb.
Yaşıl-mavilər 54-cü dəqiqədə Emrecan Bulut-un qolu ilə 2-1 önə keçib. Hücumlarını artıran Çaykur Rizespor 70-ci dəqiqədə Jureckanın vurduğu qolla hesabı 3-1 edib və oyundan qalib ayrılıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
