Bu gün:

Azərbaycan və Macarıstan strateji əməkdaşlığı genişləndirir


Azərbaycanla Macarıstan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında keçirilən hökümətlərarası iqtisadi komissiyanın iclasında enerji, sənaye, kənd təsərrüfatı və tikinti sahələrində əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə olunub.

Tərəflər bildiriblər ki, Azərbaycanın enerji resursları ilə bağlı əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Bununla yanaşı, qeyri-neft sektorunda da birgə layihələrin həyata keçirilməsi gündəmdədir.
İclasda kənd təsərrüfatı məhsullarının ixracı, sənaye sahəsində təcrübə mübadiləsi və təhsil proqramlarının genişləndirilməsi kimi məsələlər də müzakirə olunub.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et