Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya sentyabrın əvvəlindən bu yana Ukraynaya qarşı 1300-dən çox pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.
Zelenski ABŞ mərkəzli “X” sosial media platformasındakı hesabında Rusiyanın hücumları ilə bağlı açıqlama yayıb.
Onun sözlərinə görə, Rusiya ötən gecə mülki infrastruktur obyektlərini hədəfə alıb. Moskva administrasiyası sentyabrın əvvəlindən bəri 1300-dən çox PUA hücumu təşkil edib və təxminən 900 hava bombası atıb.
Zelenski qeyd edib ki, Ukraynanın demək olar bütün bölgələrində partlayışlar baş verib:
“Rusiya bu müharibəni uzatmağa davam edir və diplomatiyanı tam bir mənasızlığa çevirməyə çalışır. Hücumlara və dağıntılara, diplomatik səylərin və mədəni dialoqun heçə sayılmasına kollektiv cavab verilməlidir”.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
