Mütəxəssislər yaşlandıqca bir çox insanlar üçün sosiallaşmanın çətinləşdiyini qeyd edirlər. Araşdırmalar göstərir ki, işdən uzaqlaşma, səhhətində yaranan problemlər, xüsusilə də pensiyaya çıxandan sonra həyat şəraitinin dəyişməsi birbaşa olaraq sosial münasibətlərə təsir edir.

Psixoloqlar yaşlı insanlar ətrafında dostluq və ailə əlaqələrinin vacibliyini vurğulayırlar. Sağlamlıq problemləri və hərəkət məhdudiyyətləri sosial həyatda iştirakını azalda bilər, təklik və özünə inamın itməsi də ünsiyyət arzusunu azalda bilər.
Bununla belə, ekspertlər sosiallaşmanı canlı saxlamaq mümkün olduğunu deyirlər. Maraqlarınızla bağlı kurslarda iştirak etmək, könüllü fəaliyyətlərdə iştirak etmək və ya yaxınlarınızla əlaqə yaratmaq üçün texnologiyadan istifadə etmək effektiv üsullar hesab olunur.
Araşdırmalar göstərir ki, aktiv sosial həyatı olan yaşlı insanlar həm əqli, həm də emosional cəhətdən daha sağlam olurlar. Sosiallaşmanın yalnız qocalıqda xoş əyləncə deyil, həm də sağlamlığı qoruyan bir amil olduğu vurğulanır.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
