İqtisadiyyat Nazirliyindən əldə olunmuş məlumata görə, 24media.az xəbər verir ki, nazirin birinci müavini Elnur Əliyev Argentinanın maliyyə katibi Pablo Quirno və istehsalat koordinasiyası katibi Pablo Lavigne ilə görüş keçirib.

Görüşdə Azərbaycan–Argentina Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclasının iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün mühüm platforma olduğu qeyd olunub.
Tərəflər ticarət və investisiya əlaqələrinin gücləndirilməsi, birgə layihələr və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin YPF enerji şirkətinin rəhbərləri ilə keçirilən görüşdə Azərbaycanın enerji potensialı, yaşıl enerji gündəliyi və bu sahədə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Arzu Qafarova
