Dinozavrların qızıl çağı olan Yura dövrü, Yer kürəsinin iqliminin isti və quraq şəraitdən rütubətli və subtropik iqlimə keçdiyi bir çağ olub.
Yura dövrü adını Jura dağlarındakı əhəngdaşı yığıntılarından alıb. Bu quruluş ilk dəfə alman geoloqu Aleksandr fon Humboldt tərəfindən kəşf edilib, daha sonra fransız alim Aleksandr Brongniar bu tapıntılara əsaslanaraq dövrə ‘Yura’ adını verib.
Yura dövrü üç alt mərhələyə bölünür: erkən, orta və son Yura. Bu dövr bizə, xüsusilə, yaxşı qorunmuş fosil qeydləri təqdim edir. Həmin qeydlər arasında alimlərin quşlara təkamül etdiyinə inandığı teropod dinozavrlar da var.
Yura dövründə ətraf mühit şərtləri
Yura dövrünün əvvəlində superqitə Pangea-nın parçalanması davam edib və sürətlənməyib. Şimal yarımkürəsi olan Laurasia Şimali Amerika və Avrasiyaya bölünüb. Cənub yarımkürəsi olan Gondvana isə orta Yura dövründə parçalanmağa başlayıb.
Şərq hissəsi — Antarktika, Madaqaskar, Hindistan və Avstraliya qərb hissəsindən, yəni Afrika və Cənubi Amerikadan ayrılıb. Yeni okeanlar bu boşluqları doldurub. Dəniz dibində dağlar yüksəldi və dəniz səviyyəsi qitələrin içlərinə doğru irəliləyib.
Bütün bu sular əvvəlcə isti və quru olan iqlimi rütubətli, subtropik şəraitə çevirib. Səhralar tədricən yaşıllaşmağa başlayıb. Palma bənzəri sikadlar, araukariya və şam kimi konuslu ağaclar bol olub.
Şimal yarımkürənin orta və yüksək enlikləri ginkgo ağacları ilə örtülüb. Ekvatorun cənubunda podokarp adlanan bir konuslu ağac növü xüsusilə çoxalıb. Ağac ferntiləri də geniş yayılıb.
Yura dövrü dinozavrları
Quruda dinozavrlar sözün əsl mənasında böyük izlər buraxıblar. Ot yeyən sauropodlardan Brachiosaurus 16 metr hündürlüyündə, 26 metr uzunluğunda və 80 ton ağırlığında olub.
Başqa bir sauropod olan Diplodocus 27 metr uzunluğa çatıb. Bu nəhəng ölçüləri sayəsində iki güclü ayaq üzərində hərəkət edən et yeyən dinozavr Allosaurus-un hücumlarından qoruna biliblər.
Ən məşhur ilk quş olan Archaeopteryx Son Yura dövründə göyə qalxıb və ehtimal ki, erkən bir coelurosaur dinozavrından təkamül edib. Lakin pterozorlar — Gec Trias dövründən bəri göyü paylaşan uça bilən sürünənlər ilə hava sahəsini bölüşmək məcburiyyətində olub. Bu dövrdə yarpaq bitləri və digər həşəratlar kimi çoxlu həşəratlar da mövcud olub.
Mənbə: Arkeofili
Tərcümə etdi: Aytac Musayeva
