Bu gün:

Tramp administrasiyası vətəndaşlıq imtahanını çətinləşdirir


ABŞ Prezidenti Donald Tramp administrasiyasının, ABŞ vətəndaşlığına müraciət edənlərin verəcəyi imtahanları çətinləşdirməyi planlaşdırdığı bildirilib.“Politico” saytının xəbərinə görə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) direktoru Cozef Edlov Vaşinqtondakı Miqrasiya Araşdırmaları Mərkəzində keçirilən tədbirdə mövzu ilə bağlı açıqlama verib.

Edlov mövcud imtahanın çox asan olduğunu bildirərək, ABŞ qanunlarına görə vətəndaşlıq almağa haqq qazanmayanların miqrasiya prosesində dəstəklənməsinə şərait yaratdığını deyib.

O, imtahanın yalnız yüksək təhsilli namizədlərin keçə biləcəyi qədər çətin olmasını istəmədiyini, lakin yenə də imtahanın daha düşündürücü olması lazım olduğunu vurğulayıb.

Edlov həmçinin diqqətə çatdırıb ki, namizədlərdən “amerikalı olmağın nə demək olduğunu” izah edən bir mətn yazmaları da tələb oluna bilər.

Xəbərdə qeyd olunur ki, vətəndaşlıq müraciəti prosesində nəzərdə tutulan bu dəyişikliklərin yaxın zamanda həyata keçirilməsi mümkün deyil. Bu təkliflər Tramp administrasiyasının miqrasiya prosesini daha sərt nəzarətə götürmə siyasətinin bir hissəsi kimi qiymətləndirilir.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et