Bu gün:

Jane Austen- in yoxa çıxan məktubları


Ceyn Ostin ingilis ədəbiyyatının ən böyük yazıçılarından biri hesab olunur, amma onun həyatı haqqında çox az şey məlumdur. Bunun əsas səbəblərindən biri bacısı Kassandranın Ceynin məktublarını yandırmasıdır.

Ceyn minlərlə məktub yazıb, amma bu günə qədər yalnız 160-ı qalıb.  BBC-nin yeni “Miss Austen” serialı məhz bu məqamı araşdırır. Hadisələr iki zaman xəttində göstərilir: 1830-cu ildə Kassandra həm bacısının irsini qorumağa çalışır, həm də dostlarının ailəsinə kömək edir, keçmişdə isə gənc Kassandra və Ceyn həyatın çətinliklərini, eşqləri və ailə problemlərini yaşayırlar. Yazıçı Gill Hornbi deyir ki, Kassandra məktubları yandırmaqla, yəqin ki, həm qohumlarla bağlı dedi-qoduların yayılmasının, həm də Jane-in pulla bağlı narahatlıqlarının üzə çıxmasının qarşısını almaq istəyib. O həm də vurğulayır ki, Ceyn yazılarını anonim nəşr etdirirdi və şöhrət istəmirdi. Buna görə Kassandranın addımı “doğru iş” kimi qiymətləndirilə bilər.

Başqa bir nəzəriyyəyə görə isə Kassandra yazıçı Fransis Burninin məktublarının çap olunduqdan sonra dövrün tənqidçiləri tərəfindən amansızcasına pislənməsini görüb və bacısının məktublarının da eyni aqibətlə üzləşməsini istəməyib. 

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova 

Paylaş
Şərh əlavə et