Bu gün:

Azərbaycan və BƏƏ arasında iqtisadi əməkdaşlıq genişləndirilir


İqtisadiyyat Nazirliyindən əldə olunmuş məlumata görə, 24media.az xəbər verir ki, nazir Mikayıl Cabbarov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə onlayn görüş keçirib.

Görüşdə birgə layihələr, qarşılıqlı investisiyalar və energetika sahəsində tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Prezident İlham Əliyevin iyul ayında BƏƏ-yə səfəri zamanı imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacağı vurğulanıb.

Arzu Qafarova

Paylaş
Şərh əlavə et