Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ zərurət yaranarsa, xarici cinayətkar qrupları “məhv edəcək” və bunu digər ölkələrlə əməkdaşlıq çərçivəsində edə bilər.

“İndi onlar bizə bu insanları tapmaqda və lazım gələrsə, onları məhv etməkdə kömək edəcəklər”, - Rubio Ekvadora səfəri zamanı deyib.
O, həmçinin ABŞ-nin Ekvadorun ən böyük iki cinayətkar qruplaşması - Los Lobos və Los Choneros-u xarici terror təşkilatları kimi tanıyacağını açıqlayıb.
Bu açıqlamalar ABŞ qüvvələrinin Karib dənizindəki bir qayığa zərbə endirməsindən bir neçə gün sonra verilib. Ağ Ev həmin əməliyyat zamanı 11 narkotik qaçaqmalçısının öldürüldüyünü bildirsə də, onların kimliyini açıqlamayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
