Bu gün:

Peşə təhsil müəssisələrinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 24media.az istinad edir ki, sentyabrın 4-də peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri elan olunub. Müsabiqədə iştirak edən abituriyentlər nəticələr barədə SMS alıblar. Qəbul olanlar ixtisas və təhsil müəssisəsi ilə bağlı məlumatı portal.edu.az saytındakı şəxsi kabinetlərindən əldə edə bilərlər.

Müsabiqədən keçən şəxslər 4–10 sentyabr tarixlərində (saat 18:00-dək) aşağıdakı sənədləri təqdim etməklə qəbul olduqları müəssisədə qeydiyyatdan keçməlidirlər:

Attestatın əsli;

Tibbi arayış;

Şəxsi kabinetdən çıxarılan ərizə nümunəsi;

Şəxsiyyət vəsiqəsinin surəti;

3x4 sm ölçüdə 4 ədəd foto;

Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

Güzəşt hüququ olanlar üçün təsdiqedici sənəd.

Qeydiyyat zamanı sənədlərini təqdim etməyən şəxslər həmin ixtisas üzrə təhsil almaqdan imtina etmiş hesab olunacaqlar.

Bu il peşə təhsili üzrə qəbul 78 müəssisədə 13640 plan yeri üzrə aparılıb. Ümumilikdə 44 min nəfərdən çox namizəd müraciət edib. İkinci mərhələdə isə 19292 nəfərdən 72597 seçim qeydə alınıb və nəticədə, 8341 nəfər qəbul imkanı qazanıb.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et