Bu gün:

Tramp: Ukrayna müharibəsinin həlli gözlənildiyindən çətin olub


ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Ukrayna müharibəsi ilə bağlı danışıqlar aparacağını bildirib.

Tramp bu barədə Ağ Evdə Polşa Prezidenti Karol Navrotski ilə görüşündə açıqlama verib. Onun sözlərinə görə, cümə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı planlaşdırılır.

Qeyd edək ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə avqustun 15-də Alyaskada baş tutan görüşün nəticəsiz qaldığını vurğulayıb.

ABŞ lideri əlavə edib ki, müharibənin dayandırılması gözlədiyindən çətin olub və bunun daha asan olacağını düşündüyünü bildirib.


Mənbə: Retuers 

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et