Bu gün:

Böyük Britaniya: Müttəfiqlər Ukraynanı sülh sazişindən əvvəl və sonra dəstəkləyəcək


Böyük Britaniya və onun müttəfiqləri Ukraynaya müharibəni bitirmək üçün aparılacaq danışıqlardan əvvəl və sülh sazişini təmin etmək məqsədilə dəstək verməyə hazırdır. Bunu Böyük Britaniyanın müdafiə naziri bildirib.

Paris şəhərində cümə axşamı keçiriləcək yüksək səviyyəli görüş ərəfəsində Con Hili BBC-yə Kiyevdən verdiyi açıqlamada deyib ki, Ukraynanın müttəfiqləri “səmaları təhlükəsiz etmək, dənizləri təhlükəsiz etmək və sülh sazişi imzalandıqdan sonra torpaqları qorumaq üçün kömək edəcəklər”.

Təxminən 30 lider Paris sammitində, ya canlı, ya da onlayn formatda iştirak edəcək və Fransa diplomatlarının sözlərinə görə, atəşkəs halında təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə dair “texniki işlər” artıq başa çatdırılıb.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, indi əsas sual “Rusiyanın səmimiyyəti”dir.

Prezident Vladimir Putin isə görüş ərəfəsində Çindən qətiyyətli mesaj göndərərək, genişmiqyaslı işğalın davam edə biləcəyini bəyan edib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et