Bu gün:

Suriyada 4,3 bal gücündə zəlzələ baş verib


Suriyanın Həsəkə şəhərində saat 05:30-da 4,3 bal gücündə zəlzələ olub.Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında yer alan məlumata görə, episentri Suriyanın Həsəkə şəhəri olan 4,3 bal gücündə təkan qeydə alınıb.

Mardin vilayətinin Nusaybin rayonundan 95,42 kilometr uzaqlıqda baş verən zəlzələnin 19 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et