Bu gün:

Narsistlərin qurbanlarını nəzarətdə saxlamaq üçün istifadə etdikləri üsul


Narsisizm – insanın özünə həddindən artıq diqqət yetirməsi və ətrafındakı insanların ehtiyaclarını görməməzliyə vurması ilə xarakterizə olunan bir vəziyyətdir. Hər kəs bəzən narsistik davranış göstərə bilər, lakin əsl narsistləri ələ verən bəzi aydın davranış nümunələri var.

Narsist şəxslərlə qurulan münasibətlərdə tez-tez rast gəlinən manipulyasiya üsullarından biri də “dry begging” adlandırılır. Bu taktika ehtiyac və ya arzuların birbaşa deyilmədən, dolayı yollarla ifadə olunması ilə özünü göstərir. Şəxs açıq şəkildə bir tələb irəli sürməsə də, qarşı tərəfdə yardım etmə məcburiyyəti hissi oyadır.

Bu davranış modeli fərqinə varmadan hər kəs tərəfindən bəzən istifadə olunsa da, narsist fərdlər onu daha strateji şəkildə tətbiq edirlər. Məqsəd söhbətin emosional tonuna nəzarət edərək diqqəti öz üzərlərinə çəkməkdir.

Narsist meylləri olan şəxslər bu üsulla həm şişirdilmiş imiclərini qoruyur, həm də emosional və ya praktik ehtiyaclarını təmin edirlər. “Dry begging” üsulunu vaxtında anlamaq psixoloji tələlərdən qorunmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Araşdırmalara əsasən, bu taktikanın münasibətlərdə ən çox görülən forması:

1. Bütün yükün öz üzərində olduğunu hiss etdirir

Narsist şəxslər çox vaxt özlərini “fədakar” rolunda təqdim edirlər. Bu isə birbaşa kömək istəmək yerinə yaşadıqları çətinliyi nümayiş etdirmək formasında baş verir. Məqsəd qarşı tərəfdə günahkarlıq və ya empati hissi yaradaraq ehtiyaclarını təmin etməkdir.

2. Qiyas aparır

Psychology Today jurnalında yayımlanan məlumata görə,  başqa bir forması isə insanın sizi daim başqaları ilə müqayisə etməsidir. “Nə gözəl, sənə kömək edən biri var” və ya “Kaş, mənim də belə bir dəstəkçim olaydı” kimi ifadələrlə insan, öz çatışmazlıqlarını qabardır və sizi emosional məsuliyyət altına salmağa çalışır.

Bu cür sözlər qarşı tərəfi günahkarlıq hissi ilə hərəkətə keçməyə sövq edir. Birbaşa istək irəli sürülmədən, sizin resurslarınızı azaltmaq və ya onlara yönləndirmək cəhdi müşahidə olunur.

Mənbə: NTV 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et