Bu gün:

Bakıda 8-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı başladı


Bakıda bu gün 8-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı öz işinə start verib. Sentyabrın 3-dən 7-dək davam edəcək festival Nizami Kino Mərkəzi, Şirvanşahlar Sarayı Kompleksi və Animasiya Evində müxtəlif tədbirlərlə izləyicilərə təqdim olunacaq.

Bu il festivalın mövzusu “Pişiklər”dir. Yarışmaya ümumilikdə 62 ölkədən 317 film göndərilib. Onlardan seçilən 20 ölkəyə aid 39 film beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Festival çərçivəsində ilk dəfə olaraq animasiya layihələrinin pitching sessiyası keçiriləcək. Bununla yanaşı, film nümayişləri, ustad dərsləri, müzakirələr və viktorinalar da proqramda yer alıb.
ANIMAFILM festivalı həm yerli, həm də xarici animasiya ustaları üçün təcrübə mübadiləsi və əməkdaşlıq imkanları yaradan ən önəmli mədəni platformalardan biri hesab olunur.

Hazırladı: Gülay Bədirli 

Paylaş
Şərh əlavə et