Bu gün:

Eyni mahnını daim dinləmək istəyi


Mahnılar, xüsusilə də asan yadda qalan və təkrarlanan quruluşa malik olduqda, beynimizdə “earworm” deyilən, yəni təkrarlanan musiqi parçasına çevrilə bilər. İngilis dilində bu ifadə, qulağa girən qurd mənasını verir. Sanki duyğularımıza sızan və asanlıqla çıxmayan melodilər kimidir.

   Musiqidəki yüksəliş və eniş anları beynimizdə dopamin ifrazına səbəb olur. Bu da şokolad yemək və ya romantik bir baxış almaq kimi kiçik xoşbəxtlik partlayışı yaradır.

  Bəzi insanlar duyğuları daha kəskin yaşayır və musiqiyə qarşı emosional reaksiyaları daha güclü olur. Bu səbəbdən, onlar təkrar-dövrə (“loop mode”) düşməyə daha meyillidirlər.

  Bəzən musiqi reallıqdan qaçmaq üçün ən yaxşı vasitə olur. Musiqi eşliyində xəyala dalır, ritmə qapılırıq sanki kiçik bir yuxu fasiləsi kimi. Elə mahnılar var ki, sanki duyğularımızla rəqs edir. Hisslərimizə toxunur, kədəri və ya sevinci əks etdirir. Məsələn, əgər kədərlisinizsə, hüznlü bir mahnı sizə “yalnız deyilsən, hisslərini paylaşırıq” mesajı verə bilər. Əgər şadsınızsa, coşqun bir mahnı həmin əhvalınızı daha da yüksəldə bilər.


Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et