Bu gün:

Azərbaycan və Braziliya arasında birgə işçi qrupu iclası


İqtisadiyyat Nazirliyindən əldə olunmuş məlumata görə, 24media.az xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Latın Amerikasına səfər edib. 

Səfər çərçivəsində Braziliyada Azərbaycan–Braziliya Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilib, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub. Görüşlər zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması imkanları vurğulanıb və braziliyalı sərmayədarlar əməkdaşlığa dəvət edilib.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et