Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatına əsasən, 24media.az xəbər verir ki, Sentyabrın 18-də Azərbaycanda dahi bəstəkar, professional milli musiqimizin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı start götürəcək.

Tədbirlər Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazaxda təşkil olunacaq. Festival çərçivəsində konsertlər, teatr tamaşaları, sərgilər, elmi simpozium və ustad dərsləri təqdim ediləcək.
Proqrama həm yerli musiqiçilərin, həm də Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya və digər ölkələrdən dəvət olunmuş tanınmış ifaçıların və musiqişünasların çıxışları daxildir.
Rəna Qarayeva
