Minlərlə ehtiyat hərbçi xidməti yerinə yetirmək üçün orduda xidmətə başlayıb, İsrail ordusu isə Qəzza şəhərini ələ keçirmək üçün hücumunu davam etdirir.
Quru qüvvələri artıq Qəzzanın ən böyük şəhər ərazisinin kənarlarına doğru irəliləyir, ordu isə həmin ərazinin HƏMAS-ın istehkamı olduğunu bildirir.
Şəhər həmçinin İsrailin hava və artilleriya zərbələrinə məruz qalır, yerli xəstəxanalar isə gecə yarısından bəri 50-dən çox fələstinlinin öldüyünü bildirir.
Ordu sakinlərə təxliyə olunaraq dərhal cənuba getmələri barədə göstəriş verib. BMT-nin məlumatına görə, son iki həftə ərzində təxminən 20 min nəfər bu göstərişə əməl edib, lakin hələ də demək olar ki, bir milyon insan şəhərdə qalır.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
