Bu gün:

Solğun çiçəkləri canlandırmağın təbii yolları


Ən yaxşı baxım edilsə belə bəzən ev bitkiləri solur və canlılığını itirir. Mütəxəssislər kimyəvi gübrələrdən uzaq duraraq təbii üsullarla çiçəklərin canlandırılmasını tövsiyə edirlər. Onların sözlərinə görə, təbii gübrələr bitkilərin köklərini qidalandırır, torpağı zənginləşdirir və uzunmüddətli sağlamlıq təmin edir. 

Ev şəraitində hazırlanan gübrələr arasında banan qabığı, qəhvə çöküntüsü və yumurta qabığı xüsusilə faydalı hesab olunur. Qəhvə çöküntüləri torpağın turşuluğunu tənzimləyərək kök inkişafını dəstəkləyir. Banan qabıqları isə kalium və maqneziumla zəngin olub çiçəklənməni artırır. 

Maye gübrələr də bitkilərə sürətli təsir göstərir. Kompost suyunun bu baxımdan effektiv olduğu bildirilir. Onu hazırlamaq üçün məişət tullantıları su ilə qarışdırılır və bir neçə gün saxlanılır. 

Torpağın sağlamlığı çiçəklərin məhsuldarlığı üçün əsas amillərdən biridir. Üzvi maddələrin torpağa əlavə edilməsi onun nəm saxlama qabiliyyətini artırır, mikroorqanizmlərin fəaliyyətini gücləndirir. Mütəxəssislər, həmçinin torpağın müntəzəm havalandırılmasını da tövsiyə edirlər. Üzvi gübrələmə kimyəvi gübrələrə nisbətən həm bitkilər, həm də ətraf mühit üçün daha faydalı hesab olunur. 

Mənbə: Milliyet 

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et