Bu gün:

Əfqanıstanda 5,2 bal gücündə zəlzələ baş verib


Əfqanıstanın şimal-şərqində 5,2 bal gücündə yeni zəlzələ baş verib. 

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) bazar günü Əfqanıstanın Pakistan sərhədi yaxınlığında, Cəlalabad şəhərinin 27 kilometr şimal-şərqində, 8 kilometr dərinlikdə 6 bal gücündə zəlzələ qeydə alındığını açıqlayıb

Yerli hakimiyyət orqanları bu təkanın ölkəni vuran ən güclü zəlzələlərdən biri olduğunu bildiriblər.

Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində bazar gecəsi baş verən 6 bal gücündə zəlzələdə ölənlərin sayı 1411 nəfərə çatıb.

BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsi (OCHA) isə bildirib ki, dağıdıcı zəlzələdən ilkin mərhələdə 12 min nəfər birbaşa təsirlənib.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et