Bu gün:

Amerikanı rəsmə çevirən rəssam – Georgia O’Keeffe


Georgia O’Keeffe həm iri çiçək təsvirləri, həm də Amerika mənzərələrini çəkən rəsmləri ilə məşhurdur. Onun əsərlərinə baxmaq Amerikaya baxmaq kimidir. İlk sərgisini 1916-cı ildə açıb və sonrakı illərdə Nyu Meksiko təbiəti onu valeh edib.

O’Keeffe-in sənətə gəlişi Alfred Stieglitz ilə bağlı idi. Stieglitz onun işlərini 1916-cı ildə icazəsiz sərgidə göstərib. Sonra aralarında münasibət başlayıb, 1924-cü ildə isə evləniblər. Amma münasibətləri sarsılanda O’Keeffe Nyu Meksikoya gedib və orada özünəməxsus sənət yolunu tapıb. 1929-cu ildə ilk dəfə Nyu Meksikoya səfər edən rəssam oradakı işıqlar, rənglər, qayalar, səhralar və yerli mədəniyyətlərlə çox ilhamlanıb. 

O’Keeffe-in üslubu Amerikan modernizminin yeni istiqaməti idi. O, mənzərəni sadələşdirib, formaları abstraktlaşdırıb, rəngləri gücləndirərək emosional təsir yaradıb. Çiçəklər haqda rəsmləri tez-tez qadınlıqla əlaqələndirilsə də o bu şərhləri ömrü boyu inkar edib. Onun məşhur əsərlərindən biri “Jimson Weed/White Flower No.1” 2014-cü ildə 44,4 milyon dollara satılıb, bu, qadın rəssamın əsəri üçün rekord qiymət idi. 1949-cu ildən etibarən o, Nyu Meksikoda daimi yaşamağa başlayıb. Evləri Adobe üslubunda idi və indi də ziyarət olunur. Onun köməkçisi Agapita Lopez xatırlayır ki, O’Keeffe çox müstəqil, qəribə və qara geyinən bir qadın idi, amma eyni zamanda çox güclü xarakterə sahib idi.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova 

Paylaş
Şərh əlavə et