Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin BMT-də fələstinli diplomatlara qarşı tətbiq etdiyi məhdudiyyətləri tənqid edib.
“Bu qərar BMT-nin mövcudluq məqsədinə uyğun deyil. Təcili olaraq yenidən nəzərdən keçirilməlidir,” – deyə Ərdoğan Çindən qayıdanda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Fələstin nümayəndə heyətinin Baş Assambleyada iştirak etməməsi yalnız İsraili sevindirəcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyası sentyabrın 9-da açılacaq, dövlət başçıları isə ayın sonlarında Nyu-Yorkda toplaşacaq.
Mənbə: Retuers
Tərcümə etdi: Nəzakət Nəsibli
